19 may 2022 11:29
653

Azərbaycan kubokunun finalına hakim təyinatları

Azərbaycan kubokunun final mərhələsində keçiriləcək "Qarabağ" - "Zirə" matçı üçün hakim təyinatları açıqlanıb. 

“İki sahil” xəbər verir ki, mayın 27-də Qəbələ Şəhər Stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.

27 may (cümə)

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu