Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” mövsümün son turunda “Menemenspor”la keçiriləcək oyunun hazırlığına başlayıb.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursa təmsilçisinin məşqində yalnız 10 gənc futbolçu iştirak edib.
Namik Ələskərov da daxil olmaqla, komandanın 8 əcnəbi futbolçusu məşqə gəlməyib. Oyunçuların məlumat vermədən düşərgəyə qoşulmadıqları bildirilib.
Xatırladaq ki, son turda "Bursaspor"un 1-ci liqanı tərk edəcəyi dəqiqləşib. Klub prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.
“Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib, görüş qolsuz heç-heçə ilə başa çatıb