Mövsümün sonunda "Qalatasaray"dan ayrılacaq ilk futbolçu bəlli olub.
“İki sahil” xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli komandadan gedəcəyini açıqlayıb.
Bununla bağlı İnstaqram səhifəsində paylaşım edən futbolçu "Qalatasaray"da keçirdiyi 5 mövsümə görə klub rəhbərliyinə, futbolçulara və məşqçilər heyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ilin yayında "Vest Hem"dən "Qalatasaray"a keçmişdi.
“Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib, görüş qolsuz heç-heçə ilə başa çatıb