17 may 2022 12:26
660

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlanıb

Basketbol üzrə Azərbaycan çempionatının keçirilmə vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev məlumat verib.

O bildirib ki, oktyabrda 8 komandanın iştirakı ilə çempionatın təşkili planlaşdırılır.

Federasiya prezidenti ildən-ilə komanda sayının artırılmasına çalışacaqlarını sözlərinə əlavə edib.