Azərbaycan Basketbol Federasiyasının (ABF) “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə federasiyanın prezidenti Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin federasiya və nazirlik nümayəndələri iştirak edib.
Tədbirdə federasiyanın son 5 ayda gördüyü işlər, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqda hesabat verilib.
Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını söyləyib: “Federasiya olaraq basketbol idman növünün süni və şişirdilmiş nəticələrlə inkişaf etməsini istəmirik”.