Bu gün ASK Arenada AFFA Region Liqasının yarımfinal oyunu keçirilib.
“İki sahil” AFFA-ya istinadən xəbər verir ki, Finala vəsiqə qazanmaq uğrunda oyunda “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” Region Liqasının finalına vəsiqə qazanıb.
Qeyd edək ki, Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.