15 may 2022 19:19
590

APL: 27-ci tura yekun vuruldu - NƏTİCƏLƏR

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Turun bütün matçları eyni gündə oynanılıb. "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib. Matç "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" isə evdə "Sumqayıt"la heç-heçə edib - 2:2.

"Neftçi" səfərdə "Zirə"yə uduzub - 0:1. "Qarabağ" isə "Səbail"in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

"Zirə" və "Qəbələ" bu günkü matçlardan sonra Konfrans Liqasına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, "Qarabağ" 25-ci turda çempionluğu rəsmiləşdirib.

Azərbaycan Premyer Liqası

27-ci tur

15 may (bazar)

17:00. “Səbail” 0–3 “Qarabağ”

Qol: Rauf Hüseynli, 70 (0:1), Musa Qurbanlı, 87 (0:2), Ramil Şeydayev, 90+1

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə

“ASCO Arena”

 

17:00. “Sabah” 2–2 “Sumqayıt”

Qol: Vurğun Hüseynov, 56 (0:1), Rəhim Sadıxov, 83 (0:2), Kristiran Sebalyos, 90+5 (2:1), Aleksey Kaşuk 90+6 (2:2)

Qırmızı vərəqə: Amin Seydiyev, 53-birbaşa qırmızı vərəqə ("Sabah")

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

“Bank Respublika Arena”

 

17:00. “Şamaxı” 0–1 “Qəbələ”

Qol: Emil Səfərov, 25 (0:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Şamaxı şəhər stadionu

 

17:00. “Zirə” 1–0 “Neftçi”

Qol: Ramin Əhmədov, 81

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

N Klublar O Q H M T-F X
1 Qarabağ 27 20 6 1 68-12 66
2 Neftçi 27 15 5 7 41-27 50
3 Zirə 27 13 7 7 33-27 46
4 Qəbələ 27 12 8 7 37-33 44
5 Sabah 27 12 4 11 41-33 40
6 Şamaxı 27 5 6 16 25-49 21
7 Sumqayıt 27 4 7 16 17-46 19
8 Səbail 27 4 3 20 17-52 15

 

Bombardirlər:

Filip Ozobiç ("Qarabağ") - 11 qol
Vadji İbrahima ("Qarabağ") - 11 qol
Kadi Borqes ("Qarabağ") - 11 qol
Coy-Lens Mikels ("Sabah") - 11 qol
Davit Volkov ("Zirə") - 11 qol
Tiaqo Bezerra ("Neftçi") - 10 qol

Qol.az