"Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson klubun tarixinə düşüb.
“İki sahil” xəbər verir ki, 32 yaşlı futbolçu Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub.
İngiltərə millisinin üzvü ötən gün ölkə kubokunun finalında "Çelsi"ni penaltilər seriyasında (6:5) məğlub etdikləri oyunla 6-cı kubokunu qazanıb.
Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.