"Şamaxı"nın qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb.
"İki sahil" Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper Millətlər Liqasına hazırlaşan yığmanın toplanışına cəlb olunub.
Qeyd edək ki, Moldova millisi iyunun 3-də səfərdə Lixtenşteynlə, 6-da isə Andorra ilə qarşılaşacaq. İyunun 10-da Latviyanın qonağı olacaq komanda iyunun 1-də Andorranı qəbul edəcək.