15 may 2022 11:00
481

Renat Dadaşovun komandası yüksək liqanı tərk etdi

Portuqaliya Primerosunda 34-cü turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” “Boavişta” ilə qarşılaşıb.

Matç 2:2 hesabı ilə yekunlaşıb. Dadaşov 59-cu dəqiqədə meydana çıxıb.

“Boavişta” ilə bərabərə qalan “Tondela” sona 2 tur qalmış 28 xalla 17-ci pillədə tutaraq yüksək liqanı tərk edib. "Tondela"dan başqa, sonuncu pillədə olan "Belenenses" də aşağı liqaya yuvarlanıb.

Qeyd edək ki, Renat müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsusdur və icarə əsasında "Tondela"da çıxış edir.