“Atletiko”nun baş məşqçisi Dieqo Simeone mövsümün sonu Luis Suaresin klubdan gedəcəyini təsdiqləyib.
"İki sahil" “Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu haqda argentinalı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib.
“Mən Luislə noyabrda danışdım. Bu, uzun və açıq söhbət idi. Hər iki tərəf özünün bu günü və gələcəyi haqda fikir bildirdi. O vaxtdan qərarlarımıza hörmətlə yanaşırıq. Suaresə minnətdaram”.
Xatırladaq ki, 35 yaşlı uruqvaylı hücumçunun “Atletiko” ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl yayılan xəbərə görə, futbolçu maaşının azaldılmasına razılıq verməklə “Barselona”ya qayıtmağa hazırdır.