14 may 2022 21:48
694

"Cəbrayıl" Region Liqasının finalında

AFFA-nın təşkil etdiyi Region Liqasında ilk yarımfinal oyunu keçirilib.

"İki sahil" xəbər verir ki, ASK Arenada "Cəbrayıl" və "Qusar" komandaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn "Cəbrayıl" finala yüksəlib.

Digər finalçının adı sabah keçiriləcək "Xan Lənkəran" - "Araz Naxçıvan" görüşündən sonra dəqiqləşəcək. 

Qeyd edək ki, Region Liqasının final qarşılaşması  mayın 20-də Şamaxı şəhər stadionunda olacaq.  Oyun saat 16:00-da başlayacaq.