13 may 2022 10:37
694

Millimizin oyunçusu Yunanıstan çempionu olub

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko Yunanıstan çempionu olub.

"İki sahil" Apasport.az-a itinadən xəbər verir ki, 22 yaşlı hücumçu bu uğura “Panatinaikos”un heyətində imza atıb.

Milliləşən ukraynalı oyunçumuzun şərəfini qoruduğu Afina təmsilçisi çempionluq uğrunda pley-offun taleyini 5-ci matçda həll edib. Prinsipial rəqibi “Olimpiakos”u 3:1 (25:23, 26:28, 21:25, 22:25) hesabı ilə məğlub edən paytaxt təmsilçisi seriyada 3:2 hesablı qələbə qazanıb.

Bununla da afinalıların 11 illik çempionluq həsrəti başa çatıb. Bu müddətdə maliyyə çətinlikləri üzündən aşağı dəstəyə də yuvarlanan “Panatinaikos” tarixində 25-ci dəfə qızıl medallara yiyələnərək “Olimpiakos”un 8 illik hegemonluğuna son qoyub.

Qeyd edək ki, Marqaritalı “Panatinaikos” bir müddət əvvəl ölkə kubokunu da əldə edib. Çempionluğu da qazanan afinalılar “Qızıl dubl”u rəsmiləşdirib.