"Tik-Tok" sosial şəbəkəsi bu il İngiltərədə keçiriləcək futbol üzrə qadınlar arasında Avropa çempionatının rəsmi sponsoru olub.
“İki sahil” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu yarış vaxtı sosial şəbəkə ilə əməkdaşlıq edəcək.
AVRO-2022-dən əvvəl "Tik-Tok"da yarışın rəsmi səhifəsi istifadəyə veriləcək və eksklüziv görüntülər təqdim olunacaq.
Qeyd edək ki, Avropa çempionatı 6 - 31 iyulda gerçəkləşəcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB