13 may 2022 02:36
876

Astaralı idmançı Dünya Kubokuna sahib olub

Dövlətin göstərdiyi qayğının nəticəsidir ki, indi cənub qapısı Astara rayonunda idmanın bütün  növləri inkişaf yolundadır.  Lap  yaxın günlərdə  bu eldə boya-başa çatan, Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Milli komandasının və “Gömrükçü” İdman Mərkəzinin üzvü Ağadədə Əliyev  Bolqarıstanın Plovdiv şəhərində Dünya kubokuna sahib olmuşdur. Belə ki, burada keçirilən Savate üzrə(Fransız boksu)Dünya kubokunda astaralı idmançı təmsil etdiyi Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Milli komandasının tərkibində qızıl medal qazanmışdır. 75 kiloqram çəkidə yarışlara qatılan Ağadədənin  ilk rəqibi Serbiyalı, 2-ci rəqibi İranlı olmuşdur. Final döyüşündə isə Bolqarıstanlı idmançılar üzərində inamlı qələbə ilə yarışı başa vurmuşdur.

Ağadədə Əliyev idmanda əldə etdiyi yüksək nəticələrlə artıq yaxşı tanınır. O, 2 qat Dünya çempionudur. 24-25 noyabr 2018-ci ildə  Bakı şəhərində  keçirilən Alpaqut döyüş növü üzrə Dünya çempionatında   qızıl medal, 2019-cu ildə isə gümüş medal,  Döyüş Növləri üzrə Dünya çempionatında Full kontakt Kikboksinq versiyası üzrə(12-15.12.2021,Xarkov,Ukrayna) qızıl medal qazanmışdır.

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü