12 may 2022 12:27
503

PSJ-nin futbolçusu təyyarə icarəyə götürdü

 PSJ-nin yarımmüdafiəçisi Aşraf Hakimi Avropada sürətli səyahət üçün şəxsi təyyarə icarəyə götürüb.

"İki sahil" "L'Espanol"a istinadən xəbər verir ki, oyunçu və həyat yoldaşı İba Abuk saatı 3 min 100 avroya başa gələn "Hawker 400" təyyarəsindən istifadə edib. Təyyarəyə ən çox 7 sərnişin minə bilər.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm 30 oyuna çıxıb, 4 qol vurub və 6 qolun ötürməsini verib.