11 may 2022 21:45
1140

Ayşən Macarıstan çempionu oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionu olub.

“İki sahil” xəbər verir ki,  voleybolçumuzun komandası final seriyasında “Bekeşçaba”ya ümumi hesabda qalib gəlib - 3:2. Rəqib komandanın meydanında keçirilən həlledici - beşinci görüşdə “Vaşaş” 3:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Oyunda A.Abduləzimova 9 xal toplayıb.

Beləliklə, “Vaşaş” qızıl het-trikə imza atıb. Komanda ölkə çempionluğu və kubokunu qazanıb, həmçinin Mərkəzi Avropa Zonal Assosiasiyasının (MEVZA) turnirinin qalibi olub.