"Real"ın hücumçusu Kərim Benzema ilə müqaviləni uzada bilər.
"İki sahil" sport.es-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 34 yaşlı futbolçuya 2024-cü ilin yayına qədər müqavilə təklif etməyə hazırdır. Klub rəhbərləri fransızın göstərdiyi oyundan razı qalıb.
Xatırladaq ki, Benzemanın klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır. O, bu mövsüm La Liqada 30 oyuna çıxıb, 26 qol vurub və 11 qolun ötürməsini verib. Kərim Çempionlar Liqasında 15 qolla bombardirlər siyahısında 1-ci pillədə qərarlaşıb.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB