Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın “Mançester Siti”yə transferi bu həftə açıqlanacaq.
“İki sahil” xəbər verir ki, Norveç millisinin üzvü Premyer Liqa klubunda tibbi baxışdan keçib.
“Şəhərlilər” 21 yaşlı forvardın həkim müayinəsini Dortmundda təşkil edib. Klublar arasında anlaşmaya əsasən, ingilislər bir neçə saat ərzində “Borussiya”ya 75 milyon avroluq ödənişi edərək, futbolçunun sərbəst qalma maddəsini aktivləşdirəcək.
Qeyd edək ki, Erlinq Haland “Borussiya”ya 2020-ci ildə “Zalsburq”dan keçib.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB