10 may 2022 10:10
646

Mövsümdə ilk dəfə

Premyer Liqanın XXVI turunun “Qarabağ” – “Zirə” oyunu mövsümün ilki ilə əlamətdar olub. “Azersun Arena”dakı görüşdə vərəqə qeydə alınmayıb.

“İki sahil” xəbər verir ki, baş hakim Kamal Umudlu 90 dəqiqə ərzində futbolçulardan heç birinə vərəqə göstərməyib. Bu, mövsümdə ilk belə hadisədir.

Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.