09 may 2022 11:57
1091

Misirli hücumçu "Qalatasaray"ı tərk edir?

Misir millisinin futbolçusu Mustafa Məhhəmməd cari mövsümün sonunda Türkiyə "Qalatasaray"ından ayrılacaq.

“İki sahil” xəbər verir ki, 25 yaşlı hücumçu karyerasını Fransada davam etdirmək istəyir.

Bu ölkənin bir neçə iddialı klubundan təklif alan forvard Türkiyədə qalmaq niyyətində deyil. "Cim-Bom" isə futbolçusunu ən azı 10 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Mustafa Məhəmməd "Qalatasaray"a 2020-ci ilin yanvarında ölkəsinin "Zamalek" klubundan keçib.