09 may 2022 02:02
770

13 yaşlı futbolçu matç zamanı öldü

İngiltərənin “Kavalers” klubunun 13 yaşlı futbolçusu Samuel Akvasi matç zamanı dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə Nottingemşir Futbol Assosiasiyası məlumat yayıb.

Hadisə mayın 7-də “Rossonyeri” ilə ev oyununda baş verib.

Futbol Assosiasiyası Akvasinin vəfatı ilə bağlı başsağlığı verib.

Onun komandanın bütün üzvləri arasında böyük hörmətə malik olduğu bildilrib.