09 may 2022 01:47
825

"Mançester Siti" liderliyi ələ keçirdi

"Mançester Siti" İngiltərə Premyer Liqasında 36-cı tur oyununa çıxıb.

"İki sahil" xəbər verir ki, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda "Nyukasl"ı qəbul edib. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti" 5-0 "Nyukasl"
Qollar: Sterlinq, 19, Laport, 38, Hernandes, 61, Foden, 90, Sterlinq, 90+3

Bu nəticədən sonra xalını 86-ya çatdıran Mançester təmsilçisi turnir cədvəlində yenidən 1-ci pilləyə yüksəlib. "Liverpul" 83 xalla 2-ci, "Çelsi" 67 xalla 3-cüdür.