08 may 2022 17:57
901

Rusiya və Belarus IPC-in üzvlüyündən çıxarılır

Rusiya və Belarus Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) üzvlüyündən çıxarıla bilər.

“İki sahil” xəbər verir ki, məsələyə ilin sonunadək keçirilməsi gözlənilən IPC-nin növbədənkənar Baş Assambleyasında baxılacaq.

Dekabrda təşkil olunacağı gözlənilən iclasda iki variant təqdim ediləcək: iki ölkənin quruma üzvlüyünün müvəqqəti və ya tam dayandırılması.

Qeyd edək ki, Rusiya və Belarus idmançıları bu il Çinin paytaxtında Pekində keçirilmiş Qış Paralimpiya Oyunlarından kənarlaşdırılıb.