"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı danışıb.
“İki sahil” xəbər verir ki, 62 yaşlı mütəxəssis 80 yaşına qədər Madrid təmsilçisini çalışdıra biləcəyini deyib:
“Hər şey yaxşı getsə, dəli olmasam, 80 yaşıma qədər burada qalacağam. "Real"dan ayrılsam, məşqçi karyeramı bitirə bilərəm. Çünki bundan yaxşı klub tapmaq asan olmayacaq. Görək, "Real" məndən bezəndə nə baş verəcək. Amma hələ görəcəyim çox iş var”.
Qeyd edək ki, Ançelotti ötən ilin iyun ayında "kral klubu" ilə 3 illik müqavilə imzalayıb. O, 2013-15-ci illərdə də bu komandanı çalışdırıb.
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB