"Rusiya idmançılarına qarşı tətbiq olunan sanksiyalara görə ürəyim parçalanır".
“İki sahil” xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Rusiya komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
Sloveniyalı funksioner vəziyyətin çətin olduğunu söyləyib: "Biz başqa cür edə bilməzdik. Bu, idmançıların müharibəsi deyil. Bu səbəbdən onların əziyyət çəkməsi çox pisdir".
Qeyd edək ki, daha əvvəl UEFA İcraiyyə Komitəsi 2022/2023 mövsümü üçün Rusiya komandalarını yarışlardan kənarlaşdırıb.
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB