07 may 2022 08:08
727

Asiya Oyunları - 2022 təxirə salınıb

Sentyabrda Çinin Xançjou şəhərində keçirilməsi nəzərdə tutulan Yay Asiya Oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.

"İki sahil" xəbər verir ki, bu barədə Oyunların təşkilat komitəsi məlumat yayıb.

Yarışların keçiriləcəyi yeni tarix barədə əlavə məlumat veriləcək. Təşkilat komitəsinin yaydığı məlumatda vurğulanır ki, qərar ölkədə epidemik vəziyyət və təşkilatın miqyası nəzərə alınmaqla qəbul edilib.

Asiya Oyunları sentyabrın 10-dan 25-dək keçirilməli idi. Çinin Şantou şəhərində keçirilməsi planlaşdırılan və sonradan təxirə salınan 2021-ci il Gənclər Asiya Oyunları da təxirə salınmışdır.

Növbəti Gənclər Asiya Oyunları planlaşdırıldığı kimi 2025-ci ildə Daşkənddə keçiriləcək.