Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Prezident kuboku-2022" reqatasının birinci gününə yekun vurulub.
“İki sahil” xəbər verir ki, Suqovuşan qəsəbəsində təşkil olunan kayak və kanoe üzrə yarışlarda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə aparıb.
Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanıb.
Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB