Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının, Qazax rayon Gənclər və İdman idarəsinin, “Qazax Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini - futbol turniri ilə yanaşı, həvəskar şahmatçılar arasında rayon turniri də keçirilmişdir.
“İki sahil” xəbər verir ki, bu turnirlərin keçirilməsinin əsas məqsədi Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi, ona olan böyük hörmət və ehtiramın bir daha təzahürü, Qazax rayonunda idmana marağın artırılması və kütləviliyinə nail olunmasıdır.
Artıq həvəskar şahmatçılar arasındakı turnir başa çatmış, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Həsənov Məhi Etibar oğlu I, həmin kollecin tələbəsi İbrahimov Ramil Hüseyn oğlu II və Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi İsmayılova Hənifə Korca qızı III yerləri tutmuşlar.
Sonda qalib şahmatçılar müvafiq olaraq Fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB