“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyhel “Real”ın Çempionlar Liqasının finalına yüksəlməsini şərh edib.
Bu həftə Madrid təmsilçisi “Mançester Siti”ni məğlub edərək (3:1, ilk oyun 3:4) həlledici görüşə vəsiqə qazanıb. Finalda onların rəqibi “Liverpul” olacaq.
"İki sahil" “AS” nəşrinə istinadən xəbər verir ki, Şmeyhel bildirib: “Real”ın finalda oynamağa haqqı yoxdur. Onlar hər iki görüşdə rəqibdən zəif idilər. “Real” cavab görüşündə real qol vəziyyətini 90-cı dəqiqədə yaratdı və fərqlənə bildi. İkinci qol vəziyyətində də bənzər hal baş verdi. “Mançester Siti” oyuna tam nəzarət edirdi. Amma tribuna sizin 12-ci oyunçunuz ola bilər. İkinci hissədə Vinisiusun epizodundan sonra tribunalar sanki ağlını itirdi. Bu, inanılmaz idi”.
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB