"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Real"ın çalışdırıcısı Karlo Ançelottini Çempionlar Liqasının finalına yüksəlməsi münasibətilə təbrik edib.
"İki sahil" "Football İtalia"ya istinadən xəbər verir ki, Ançelottinin komandası yarımfinalda "Mançester Siti"yə 3:4 hesabı ilə uduzsa da, cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək həlledici oyuna vəsiqə qazanıb. Alleqri isə 62 yaşlı mütəxəssisin ünvanına bu sözləri səsləndirib:
“Çox gözəl oyun idi. Əvvəla, baş hakim Daniele Orsato matçı çox yaxşı idarə etdi. Mənim üçün ən yaxşı referi italyalı hakimdir. "Real" sübut etdi ki, matçlar heç vaxt final fitindən əvvəl bitmir. Xarakter və şəxsiyyət həmişə fərq yaradır. Texnika və fiziki güc kimi. Təriflərim isə Karlo Ançelottiyədir. O, qeyri-adi bir şey etdi. Ançelottini çox tənqid edirdilər. Çünki o, qazandığı bütün kuboklara baxmayaraq, daim gündəmdə qalan, dəbli məşqçi kimi görünmürdü. Amma mən həmişə deyirəm ki, trendlər müvəqqətidir, klassiklər isə daimi. Mavi və ya boz kostyum kimi...".
Qeyd edək ki, "Real" finalda "Liverpul"la qarşılaşacaq.
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
Monteneqroda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında 5 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB