Konfrans Liqasının finalına vəsiqə qazanan "Roma"nın baş məşqçisi Joze Mourinyo iki rekorda ima atıb.
“İki sahil” xəbər verir ki, portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçidir.
Bundan əvvəl onun çalışdırdığı komandalar Çempionlar Liqası və Avropa Liqasının da finalında oynayıb.
Bundan başqa, Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, "Porto" və "İnter"lə Çempionlar Liqasının, "Mançester Yunayted"lə isə Avropa Liqasının finalında iştirak edib.
Xatırladaq ki, "Roma" yarımfinalda "Lester"i mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb