İspaniya millisinin və "Barselona"nın futbolçusu Jerar Pike üçün 2021/2022 mövsümü vaxtından əvvəl başa çatıb.
“İki sahil” "Sport.es"ə istinadla xəbər verir ki, bir müddətdir sol budundakı zədədən əziyyət çəkən 35 yaşlı müdafiəçi mövsümün qalan oyunlarında meydana çıxa bilməyəcək.
Klub futbolçunun sıraya qayıdacağı tarixi açıqlamayıb.
Qeyd edək ki, Jerar Pike bu mövsüm Kataloniya təmsilçisinin heyətində 39 oyuna çıxıb və 3 qol vurub.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb