Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün püşkatma mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Qarabağ” menecer Şaiq Həsənov, “Zirə” isə baş menecer Elman Himayətoğlu ilə təmsil olunub.
Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb