05 may 2022 12:25
799

Benzemadan "Real"ın finala çıxmasına münasibət

"Real"ın hücumçusu Kərim Benzema komandasının Çempionlar Liqasının finalına çıxmasına münasibət bildirib. 

“İki sahil” xəbər verir ki, turnirin yarımfinalının cavab oyununda “kral klubu” “Mançester Siti”yə 3:1 hesabı ilə (ilk oyun - 3:4) qalib gəlib. Qollardan birini penaltidən Benzema vurub.

Fransalı hücumçu matçdan sonra özünün "İnstaqram" hesabında yazıb: “Emosiyalarla dolu bir gecə... Komanda ilə çox fəxr edirəm. Fransada finalda görüşənədək”.