"Yuventus"un futbolçusu Paulo Dibala karyerasını "İnter"də davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 28 yaşlı hücumçu Milan təmsilçisinə keçməyə razılaşıb.
"İnter" forvardın menecerləri ilə danışıqlar aparıb. Porsesin nəticəsində Dibala A seriyası klubu ilə 4 illik müqavilə üçün anlaşıb. Tərəflər yayda sözləşmə imzalayacaqlar. Futbolçu klubda illik 6 milyon avro qazanacaq.
Maraqlıdır ki, Dibala daha əvvəl "Yuventus"un illik 6-7 milyon avro maaşla müqavilə təklifini rədd etmişdi. O, əməkhaqqının azlığından narazı idi.
Daha əvvəl məlum olmuşdu ki, "Yuventus" argentinalı oyunçu ilə müqaviləni yeniləməyəcək. Dibala bu mövsüm 35 matçda 14 qol vurub və 6 qolun ötürməsini verib. O, 2015-ci ildə "Palermo"dan "Yuventus"a keçib.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb