04 may 2022 14:12
1151

AFFA “Səbail” klubunun apellyasiya şikayətini təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun apellyasiya şikayətini təmin etməyib.

“İki sahil” xəbər verir ki, İntizam Komitəsinin (İK) aprelin 8-də "dənizçilər"in seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 (iki) il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılıb.

38 yaşlı mütəxəssis stadiona giriş qadağası olmasına baxmayaraq Gənclər Liqasında "Qarabağ"la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.