"Liverpul" bir mövsümdə vurulan qol sayına görə klub tarixinin yeni rekordunu müəyyənləşdirib.
"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, komanda buna ötən gün Çempionlar Liqasının yarımfinalında "Vilyarreal"la cavab görüşündə 3:2 hesabı ilə qalib gəlməklə (ilk oyun - 2:0) nail olub. Nəticədə "mersisaydlılar" 2021/22 mövsümündə vurduqları qolların sayını 139-a çatdırıblar. Bu isə klub tarixinin rekord göstəricisidir.
"Liverpu" 2021/22 mövsümündə bütün yarışlarda ümumilikdə 57 matç keçirib.
Qeyd edək ki, "Liverpul" ÇL-in finalında "Real" - "Mançester Siti" cütünü qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-i Parisdəki "Stade de Frans" arenasında oynanılacaq.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb