Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.
Günün ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" və "Qəbələ" komandaları üz-üzə gələcəklər. Hazırda "qartallar" 42 xalla 3-cü, "qırmızı-qaralar" isə 35 xalla 4-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi qalib gələcəyi halda avrokuboklara vəsiqəni təmin edəcək.
Tura Sumqayıtda yekun vurulacaq. 15 xalla 7-ci sırada yer alan şəhərin eyniadlı təmsilçisi 47 xalla 2-ci yerdə qərarlaşan "Neftçi"ni qəbul edəcək.
Azərbaycan Premyer Liqası
XXV tur
4 may
17:45. "Zirə" - "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu.
20:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Kapital Bank Arena".
Qeyd edək ki, ilk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb