04 may 2022 02:04
1003

Daşkənddə şahmat turniri start götürəcək

Bu gün Daşkənddə şahmatçılarımızın da iştirak edəcəkləri Aqzamov memorialı start götürəcək.

“İki sahil” xəbər verir ki,  15-ci dəfə keçiriləcək yarışın güclü A turnirində Azərbaycan şahmatçıları Misrətdin İsgəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı, Şahin Vəliyev iştirak edəcəklər. 

On turdan ibarət olacaq yarış İsveçrə sistemi üzrə keçiriləcək. Turnir mayın 11-dək davam edəcək.