04 may 2022 00:51
1149

Çempionlar Liqası: "Vilyareal” “Liverpul”a qarşı/YENİLƏNİB

"Vilyarreal" İspaniyada "Liverpul"u qəbul edib.  3:2 hesabı ilə qalib gələn Mersisayd təmsilçisi finala yüksəlib. Bu komandalar arasında ilk görüş "mersisaydlılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, yarımfinalın digər görüşündə "Real" "Mançester Siti"ni qəbul edəcək.

***

Qonaqlar iki top fərqi ilə geri düşdükləri matçda “come back” etməyi bacarıblar. 

Fabinyo və Diazdan sonra Mane də fərqlənib. Seneqallı oyunçu 74-cü dəqiqədə adını tabloya yazdırıb. 

***

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.

“İki sahil” xəbər verir ki,  mərhələsinin cavab oyununda “Vilyareal” İspaniyada turnirin əsas favoritlərindən sayılan “Liverpul”u qəbul edir.

Artıq matçda hesab açılıb. Meydan sahibləri Dianın 3-cü dəqiqədə vurduğu erkən qolla hesabda önə keçiblər. 

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

3 may

23:00 “Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal. “Estadio de la Keramika” stadionu

İlk oyun - 0:2