"Rəqibi layiqli çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm ən güclü komanda idilər. Parlaq şəkildə avrokuboklarda çıxış etmişdilər. Çox yaxşı iş görüblər".
“İki sahil” xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.
"Qarabağ"ın futbolçusu meydandan qovulnadək rəqib bizdən daha yaxşı və aqressiv oynayırdı. Amma futbol bu cür şeylərlə gözəldir. Bir qovulma hər şeyi dəyişə bilər. Qırmızı vərəqədən sonra qol vura bilərdik. Düşünürəm ki, oyun azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi".
"İlk hissədə cəld oynamırdıq. Rəqib asanlıqla pressinq edib topu bizdən alırdı. Bu komandaya qarşı daha aqressiv oynamaq lazımdır".
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb