03 may 2022 21:05
990

Xoşbəxtəm, hər şey əladır - Qurban Qurbanov

"Hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincliyik".

“İki sahil” xəbər verir ki,  bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra "CBC Sport"a açıqlamasında çempion olmaları barədə deyib.

50 yaşlı mütəxəssis Ağdam təmsilçisinin cari mövsüm titula layiq olduğunu bildirib: "İlk oyundan bu günədək eyni templə və istəklə davam etdik. Bu, mənim üçün çox vacib idi. Azarkeşlərimizi də çempionluq münasibəti ilə təbrik edirəm. Xoşbəxtəm. Hər şey əladır".