Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Açılış görüşündə autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gəlib. “Şamaxı” eyniadlı şəhərdə ilk qələbəsini qazanmağa çalışsa da, “Səbail”in müqavimətini qıra bilməyib – 0:0.
Günə çempionatın lideri “Qarabağ”la “Sabah” arasında matçla yekun vurulub. İlk 45 dəqiqəsi qolsuz bitən görüşün taleyi fasilədən sonra həll olunub. Kadi Borqes 47-ci dəqiqədə hesabı açsa da, Kristian da Silva bərabərlik qoluna imza atıb. Bu bir xal Qurban Qurbanovun yetirmələrinə qızıl medalları təmin etmək imkanı verib. Xal hesabını 59-a çatdıran ağdamlılar finişə üç tur qalmış izləyiciləri üçün əlçatmaz olub.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.
Premyer Liqa
XXV tur
3 may
16:30. “Şamaxı” – “Səbail” - 0:0
19:00. “Qarabağ” – “Sabah” - 1:1
Qol: Kadi Borqes, 47 - Kristian da Silva, 60
Qırmızı vərəqə: Patrik Andrade, 59
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb