"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubdan ayrılmaq fikrində deyil.
“İki sahil” xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"a qalib gəldikləri matçdan (3:0) sonra televiziya kameralarına bunları deyib: "Hələ işim bitməyib".
Bununla da, o, klubda qalmaq istədiyinin mesajını verib.
Qeyd edək ki, Ronaldo sözügedən görüşdə penaltidən fərqlənib. Bu, onun Premyer Liqadaa 2021/2022 mövsümündə 18-ci qolu olub.
Xatırladaq ki, 37 yaşlı oyunçunun bu mövsümün sonu "Mançester Yunayted"dən ayrıla biləcəyi barədə xəbərlər yayılıb.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb