"Həqiqətən də bölgələrdə futbol həyəcanı tam başqa cür olur. Bunu hamımız hiss etdik. Şamaxı azarkeşləri, bizim fanatlkar yaxşı ab-hava yaratmışdılar. İnanırıq ki, gələcək bölgə klubları artar".
“İki sahil” xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Şamaxıda eyniadlı komanda ilə qolsuz bərabərə qaldıqları Premyer Liqanın XXV tur matçından sonra deyib.
"Hesab açılmasa da, maraqlı oyun izlədik. Qol buraxmamağımız bizi sevindirdi. Amma son nöqtəni qoymaqla bağlı çatışmazlıq var. Buna ehtiyat oyunçularımızın az olması ilə bağlıdır. Mirsayib Abbasov əsas hücumçumuzdur. Ondan razıyıq. 1 xal qazandığımız üçün sevinirik".
"Rəşad Əzizlinin ayağında ağrılar var idi. Məcburi əvəzetmə etdik. Bakıya qayıtdıqdan sonra dəqiq məlumat verə biləcəyik".
"İlk hissədə yaxşı qol epizodlarımız oldu. Sadəcə, oyun bpyu dinamikanı saxlamaq çətin olur. Son dəqiqələrdə rəqib də tam qüvvə ilə irəli atılmışdı, arxada boşluqlar verirdi. Hər iki komanda meydandan qələbə ilə ayrıla bilərdi. Düşünürəm ki, 1:1 hesabı ədalətli nəticədir".
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb