03 may 2022 18:13
897

Özünü PSJ futbolçusu kimi təqdim etdi, həbs olundu

Fransada adı açıqlanmayan bir kişi oteldə pul ödəməmək üçün özünü PSJ-nin oyunçusu kimi təqdim edib. 

"İki sahil" GFFN-ə istinadən xəbər verir ki, 28 yaşlı gənc "Lizyeuks" və PSJ-nin gənclər komandaları arasında Fransa Gənclər Kuboku matçı (1:5) üçün Lizye şəhərinə gəlib. Otelə daxil olan şəxs özünü PSJ-nin oyunçusu adlandırıb. O, oteldə iki gecə qalıb və bunun üçün 227,4 avro ödəməli olub. Yoxlanarkən həmin şəxs otel işçilərindən hesabı onun göstərdiyi telefon nömrəsinə - guya menecerinə göndərməyi xahiş edib. Nömrənin etibarsız olduğu üzə çıxıb. Məhkəmə işə baxaraq, sözügedən şəxsə iki aylıq həbs cəzası verib.

Hadisə dekabrın 28-də baş verib. Lakin bu, məhkəmənin araşdırmasından sonra məlum olub