Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vaxtından əvvəl vidalaşa bilər.
“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisi istefaya göndərmək üçün mövsümün sonunu gözləmək istəmir.
Klubun prezidenti Burak Elması uğursuz nəticələrlə yanaşı, 60 yaşlı baş məşqçinin mətbuata verdiyi açıqlamalar da narahat edir. Odur ki, funksioner Torrenlə ən qısa zamanda görüşüb, müqaviləyə xitam verilməsinə çalışacaq.
Qeyd edək ki, Domenek Torrenin "Qalatasaray"la 2023-cü ilin yayınadək sözləşməsi var. "Cim-Bom" bu mövsüm 35 oyundan sonra 47 xalla 11-ci pillədə qərarlaşıb.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb