Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Turnir cədvəlinin son pilləsində qərarlaşan “Səbail” Şamaxıda eyniadlı klubun qonağı olacaq. Oyun yalnız “Səbail”in sonuncu yerdən qurtulması baxımından önəm daşıyacaq.
Günün ikinci matçında lider “Qarabağ” “Sabah”ı qəbul edəcək. “Qarabağ” qələbə və ya heç-heçə təqdirində çempionluğunu rəsmiləşdirəcək. Bu baş verəcəyi halda, Ağdam komandasının sona üç tur qalmış doqquzuncu Azərbaycan çempionluğu reallaşacaq.
Premyer Liqa XXV tur
3 may
16:30 “Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu
19:00 “Qarabağ” – “Sabah”
“Azersun Arena”
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək. “Zirə” “Qəbələ”ni, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb