Çempionlar Liqasında yarımfinal mərhələsinin "Real" - "Mançester Siti" cavab oyununun hakimləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, görüşü italiyalı Deniele Orsatonun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.
Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Mayın 4-də keçiriləcək "Real" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İlk matçda İngiltərə klubu 4:3 hesabı ilə qələbə qazanıb.
Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib
“Dəniz Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb